AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Postpandemiya dövründə Azərbaycan turizminin əsas hədəfləri müəyyən edilib

  • + A
  • - A
  • 4-08-2022, 12:24

    Postpandemiya dövründə Azərbaycan turizminin əsas hədəfləri müəyyən edilib

    “Azərbaycanın 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası pandemiyadan sonra turizm sektorunun bərpasına yeni nəfəs verəcək”.

    Bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev avqustun 4-də keçirilən “Postpandemiya dövründə Azərbaycan turizmi” mövzusunda baş tutan konfransda çıxışı zamanı deyib. Agentlik sədri strategiyanın icrasının ölkədə yeni turizm və rekreasiya zonaları yaradılmasına, daxili və gəlmə turizmində mövsümiliyin aradan qaldırılmasına və turizim sektorunun davamlı inkişafına dəstək olacağını bildirib.

    Fuad Nağıyev Agentlik üçün postpandemiya dövründə turizm sahəsində biznes mühitinin yaxşılaşdırılması, hədəf turizm bazarları ilə nəqliyyat-kommunikasiya əlaqələrinin təkmilləşdirilməsi və şaxələndiriməsinin əsas fəaliyyət istiqamətlərindən biri olacağını qeyd edib.

    Turizm sənayesi nümayəndələrinin ötən dövr ərzində səmərəli fəaliyyət göstərdiklərini və turizmin inkişafı istiqamətində görülən işlərdə yaxından iştirak etdiklərini qeyd edən Fuad Nağıyev turagentlikləri Azərbaycanı yenidən əcnəbi qonaqlar üçün seçilən turizm destinasiyasına çevirmək üçün aktiv fəaliyyət göstərməyə çağırıb.

    Tədbir çərçivəsində ölkəyə səfər edən əcnəbilərin gəlmə statistikasını izləmək üçün Agentliyin rəsmi internet səhifəsində yerləşdirilən interaktiv panel bölməsinin təqdimatı keçirilib. DTA-nın Turizm siyasəti və strategiyası şöbəsinin Statistika və araşdırmalar sektorunun müdiri Nicat Abbaslı toplantı iştirakçılarına ölkəyə səfər edən əcnəbi vətəndaşların sayı, cari ildəki vəziyyəti, ötən il və pandemiyadan əvvəlki dövr ilə müqayisəsini interaktiv paneldə nümayiş etdirib, informasiyaların tezliyi və əlçatanlığı haqqında ətraflı məlumat verib.

    Eyni zamanda turizm sənayesi nümayəndələrinə “Turistlərin məmnunluğu və loyallığının təhlili” adlı araşdırma layihəsinin nəticələri təqdim olunub. Araşdırmaların Yaxın Şərq, Şimal-Şərqi Asiya, Cənubi Asiya və Amerika ölkələrindən olan turistlərə əsasən həyata keçirildiyi qeyd olunub.

    Toplantının ikinci hissəsində Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının 2-ci Baş Assambleyası keçirilib. Assambleya çərçivəsində Göydəniz Qəhrəmanov Assosiasiyanın yeni İdarə Heyəti sədri seçilib.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR