AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qarabağ və Şərqi Zəngəzurda yol infrastrukturu üçün yeni alınan maşın-mexanizmlər təqdim olunub VİDEO/FOTO

  • + A
  • - A
  • 25-08-2022, 22:31

    Qarabağ və Şərqi Zəngəzurda yol infrastrukturu üçün yeni alınan maşın-mexanizmlər təqdim olunub VİDEO/FOTO

    Ölkə Prezidentinin tapşırığı ilə respublikamızın hərtərəfli inkişafına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində də qabaqcıl islahatlar aparılmaqla müvafiq sahə təkmilləşir, müasirləşir, daha keyfiyyətli xidmətlərin göstərilməsi ilə bağlı ardıcıl və yeni tədbirlər həyata keçirilir.

    Bu istiqamətdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində yol infrastrukturuna xidmət göstərilməsi üçün yeni alınan maşın-mexanizmlərin təqdimatı keçirilib.

    Tədbirdə çıxış edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib ki, ölkə başçısının müvafiq Sərəncamı əsasında alınmış yol təsərrüfatının müxtəlif sahələrində - istismar, təmir, inşaat işlərinin görülməsi üçün nəzərdə tutulan bu texnikalar işğaldan azad edilmiş ərazilərdəki yol layihələrinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə cəlb olunacaq.

    Təqdimatda yol təsərrüfatının müxtəlif sahələrində - istismar, təmir, inşaat işlərinin görülməsi üçün nəzərdə tutulan texnikalar,inşa edilən avtomobil yollarının müasir səviyyədə və keyfiyyətlə yenidən qurulması üçün Dövlət Agentliyi maşın-mexanizm parkına yeni gətirilmiş xüsusi təyinatlı avadanlıqlarla təchiz olunmuş avtomobillər nümayiş olunub.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol infrastrukturunun möhkəmləndirilməsi istiqamətində Dövlət Agentliyi maşın-mexanizm parkına 40 adda 360 yeni texnika və avadanlıqlar alınmışdır.

    Türkiyə, Rusiya, Yaponiya, Çin, Çexiya, Almaniya, İsveç və yerli şirkətlər tərəfindən istehsal edilən bu texnikalar sayəsində yollar keyfiyyətlə və vaxtında inşa edilərək istismara verilir, bu isə öz növbəsində yolların istismar müddətinin artmasına yardımçı olur.

    Müasir infrastrukturun yaradılması, yeni maşın-mexanizmlərin və avtomobillərin alınması, işğaldan azad edilmiş ərazilərimizdə istənilən hava şəraitində xidmətin rahat və təhlükəsiz təşkilinə imkan verəcəkdir.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR