SOCAR “Azəriqaz” İstehsalat Birliyinin bölgələrdə təşkil etdiyi “Açıq mikrofon” aksiyası bu dəfə Sabirabad rayonunda keçirilib. “Səyyar qəbul otağı”nda 18 müraciət səsləndirilib. Bu müraciətlərdən 9-u fərdi yaşayış evlərində sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edilməsi olub. Digər müraciətlər isə küçə qaz xətlərinin çəkilməsi və istehlak olunan təbii qaza görə yaranan debitor borcun hissə-hissə ödənməsi ilə mavi yanacağın təminatı prosesinin bərpasından ibarət olub. Aksiyada səsləndirilən müraciətlər Birliyin Salyan Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən qeydə alınaraq bəzilərinin yerindəcə baxılmasına dair tapşırıqlar verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.