Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən bölgələrdə kənd əhalisinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Hacıqabul rayonunun Muğan qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihənin icrasına başlanılıb.
“Azərsu” ASC-nin daxili imkanları hesabına icra olunan layihənin birinci mərhələsində Kür-Bakı magistral su kəmərindən 3 km uzunluğunda əsas daşıyıcı su xəttinin tikintisi və 270 ünvünü birləşmənin verilməsi layihələndirilib. Artıq 160 mm diamterli polietilen borularla 2 km xəttin çəkilşi başa çatıb. “Azərsu” ASC-nin 4 saylı Regional Sukanal İdarəsi tərəfindən birinci mərhələ üzrə həyata keçirilən tikinti-quraşdırma işlərinin noyabr aynda başa çatdırılması nəzərdə tutulur.
Layihənin növbəti mərhələlərində isə Muğan qəsəbəsinin digər ərazilərində də yeni şəbəkə yaradılaracaq və hər bir abonent sayğacla təmin olunacaq. Ümumilikdə Muğan qəsəbəsində 10,6 km uzunluğunda paylayıcı su xətləri tikiləcək. Layihənin icrası nəticəsində qəsəbə sakinləri dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunacaq, dəqiq uçot qurulmaqla su itkiləri minimuma endiriləcək və israfçılığım qarşısı alınacaq.
Qeyd edək ki, Hacıqabul rayonunun Muğan qəsəbəsində istismar olunan su şəbəkəsi 1970-ci illərin əvvəllərində inşa olunub. Mövcud şəbəkənin istismara yararsız olması, eləcə də sakinlər tərəfindən tikinti normalarına uyğun olmayaraq özbaşına çəkilmiş xətlər normal su təchizatı aparmağa imkan vermir və ciddi su itkilərinə səbəb olurdu. Yeni mərkəzləşdirilmiş şəbəkənin yaradılması içməli su təchizatındakı problemlərin aradan qaldırılması ilə yanaşı, yeni abonentlərin də su təchizatı sisteminə qoşulmasına imkan verəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.