AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BNA avtobus şirkətlərinə ayrılan 7,5 milyonu özünə götürüb, digər daşıyıcılar kənarda qalıb

  • + A
  • - A
  • 27-09-2022, 11:48

    BNA avtobus şirkətlərinə ayrılan 7,5 milyonu özünə götürüb, digər daşıyıcılar kənarda qalıb

    Bakıda sərnişindaşıma ilə məşğul olan şirkət rəhbərləri Mikayıl Cabbarova müraciətlərində pandemiya ilə əlaqədar dövlətin ayırdığı vəsaitin onlara verilmədiyini göstərərək qeyd ediblər ki, Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli, 135S saylı qərarı ilə “həyati vacib sərnişindaşıma sahəsinə” maliyyə dəstəyinin verilməsi üçün ayrılan pulun onlar üçün nəzərdə tutulmuş hissəsi ödənilməyib.
    Məlum olub ki, dövlətin sərnişindaşıma şirkətləri üçün nəzərdə tutduğu
    7,5 milyon manat “Bakubus” MMC-yə ayrılıb. Daha doğrusu, Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyəti sədrinin müşaviri Faiq Abbasov özü bu faktı İTV-də təsdiqləyib. Amma niyə pul təkcə onlata çatıb, BNA rəsmisi bu mövzuda "susmaq qızıldır" prinsipinə əməl edib. 7.5 milyon manatın “Bakubus”a pandemiyanın nəticələrinin aradan qaldırılması ilə bağlı verildiyini qeyd edən Faiq bəy digər daşıyıcı şirkətlərin bu yardımdan niyə yararlana bilməməsini cavablandırmayıb. Pandemiya dövründə “Bakubus” MMC Bakı Nəqliyyat Agentliyinin tərkibində fəaliyyət göstərirdi. Xub. Məsələ burasındadır ki,
    Nazirlər Kabinetinin sözügedən qərarında 7,5 milyon manatın BNA vasitəsilə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şirkətlərə ödənilməsi tapşırılsa da, nəfisləri imkan verməyib ki, digər sərnişin daşıyan şirkətlər də bu məbləğdən yararlansın. Üstündən illər keçəndən sonra məlum olur ki, vəsaitin hamısını BNA həmin vaxt öz tərkibində olan “Bakubus” MMC vasitəsilə həzme-rabedən keçirib.
    Heç kimə hesabat vermək istəməyən bu qurumda hesabatlılıq və şəffaflıq yoxdur, elə bu səbəbdən də mətbuatla əməkdaşlıqda maraqlı deyillər. İnanıram ki, bu boyda əlahəzrət faktdan sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi dövlətin ayırdığı külli-miqdarda vəsaiti tək həzme-rabedən keçirən bu qurumun ləğvi üçün əlindən gələni əsirgəməyəcək, pulların hesabı sorulacaq, kənarda qalmış digər daşıyıcılar gec də olsa, haqlarını alacaq.
    Yoxsa təsəvvür yaranacaq ki, bu qurumu himayə edən yüksək vəzifəli məmurlar var. Biz isə hüquqi dövlətdə yaşayırıq. Qanun hamı üçündü
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR