AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gediş haqqının 5%-ni tutan operator şirkət BNA rəhbərinə məxsusdur?

  • + A
  • - A
  • 1-10-2022, 19:34

    Gediş haqqının 5%-ni tutan operator şirkət BNA rəhbərinə məxsusdur?

    Bu yaxınlarda 19 özəl daşıyıcı şirkət dövlət rəhbərliyinə müraciət ünvanlayıb və bildiriblər ki, hər gün daşıdıqları sərnişin sayına görə toplanan vəsaitin 5%-ni “BakıKart”a ödəyirlər.

    Bu təxminən ildə 3 milyona yaxın vəsait edir. Faizin çox olduğunu bildirərək rüsumun azaldılmasını xahiş ediblər.

    Yeniavaz.com-un araşdırması zamanı məlum olub ki, gediş haqqının 5%-ni tutan operator şirkət “K Group” MMC-dir. Bəs bu MMC kimə məxsusdur?

    Əlbəttə ki, proxy (gizli vasitəçi) bir şəxsə. “K Group” şirkətinin qeydiyyatdan keçdiyi ünvanda daha bir şirkət qeydiyyatdan keçib, “GMSA” MMC.

    Bu şirkətin sahibi isə BNA-nın rəhbəri Vüsal Ağaməmməd oğlu Kərimlidir.
    Bu da o deməkdir ki, “BakıKart” vasitəsilə ödənilən gediş haqqının 5%-i birbaşa olaraq BNA tərəfindən tutulmasa da, vəsait BNA rəhbərinə bağlılığı olan şirkətin büdcəsinə daxil olur.
    P.S. Yazıda bloger Həbib Müntəzirin facebook statusundan istifadə edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR