“Gələcək üçün yenilən” şüarı ilə 16 noyabr 2022-ci il tarixində “Baku Marriott Hotel Boulevard”da 500 nəfərin iştirakı ilə baş tutacaq III Maliyyə və İnvestisiya Forumunda (FIF2022) iştirak üçün qeydiyyat başlayıb.
“
Facemark” MMC və “
Admedia” reklam agentliyinin təşkilatçılığı ilə III dəfə keçiriləcək forumun əsas məqsədi Azərbaycanın maliyyə və investisiya bazarının mövcud vəziyyətinin təhlili, bu sahədə olan çatışmazlıqlar, onların aradan qaldırılması istiqamətləri, habelə maliyyə və vergi maarifləndirməsi sahəsində dövlətin həyata keçirdiyi genişmiqyaslı tədbirlərə dəstək olmaqdan ibarətdir.
Bir gün və üç paneldən (“İnvestisisya strategiyaları”, “Maliyyələşmə strategiyaları”, “Vergi və hesabatlılıq”) ibarət olması planlaşdırılan tədbirdə ölkəmizin biznes, maliyyə sferasında fəaliyyət göstərən qərarverici şəxslər, ölkədə fəaliyyət göstərən xarici şirkət rəhbərləri, səfirliklərin iqtisadi missiyası üzrə cavabdeh şəxsləri, yerli və xarici məşhur şirkətlərin top menecerləri, sahibkarlar, şirkətlərin maliyyə, mühasibatlıq, vergi, investisiya, audit departamenti əməkdaşlarının iştirakı nəzərdə tutulmuşdur.
Maliyyə və İnvestisiya Forumuna bilet əldə etmək və tədbir ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün forumun rəsmi internet səhifəsinə (www.fifbaku.az) keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.
Facebook:
https://www.facebook.com/fifbaku.azİnstaqram:
https://www.instagram.com/fifbaku.az/Linkedln:
https://www.linkedin.com/company/fifbaku-az/İlin ən böyük maliyyə tədbirinə hər kəs dəvətlidir!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.