Türkiyə Qara dənizdə təbii qazın hasilatına bir addım da yaxınlaşıb.
“APA-Economics” xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz “Twitter“ hesabında paylaşım edib.
“Hər keçən günlə hədəfimizə addım-addım yaxınlaşırıq”, - paylaşımda qeyd olunub.
Onun sözlərinə görə, “Sakarya” qaz yatağının işlənilməsi çərçivəsində bir sıra tkinti işləri aparacaq “Arctic” gəmisi artıq Türkiyədədir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.