1977-ci ildə tikilən və 2013-cü ildə mal-qara daşıyıcısına çevrilən “Nader A” gəmisi Əlcəzair səlahiyyətliləri ilə uğursuz danışıqlardan sonra heyvanların boşaldılması üçün Fransa limanına qayıdıb. Əlcəzair hakimiyyəti sanitar sənədlərdə və sertifikatlarda səhv deşifrəyə görə öküzləri boşaltmaqdan imtina edib.
“Splash” yazır:"Fransaya təkrar idxal da təhlükəsizlik baxımından mümkün olmayıb, çünki heyvanlar dabaq xəstəliyinin qeydə alındığı Əlcəzairdən alınan yemlə bəslənilirdi. Nəticədə bütün heyvanlar kəsilməyə göndərildi”.
“İnzibati problem, peyvənd sənədlərində “IFR müsbət” göstərildiyi üçün yaranıb ki, bu, Fransa hakimiyyətinin fikrincə, əlcəzairlilər tərəfindən yanlış təfsir edilib. Heyvanların virus daşıyıcısı olduğunu bildirən şərh nəticəsində mal-qara üç həftə gəmidə qalıb, sonra isə kəsilməyə göndərilib”.
Heyvanların Müdafiəsi Fondunda isə düşünürlər ki, mal-qara "Nader A” gəmisinə yüklənməzdən əvvəl hərtərəfli yoxlama və sənədlərə nəzarət etməklə bu acınacaqlı vəziyyətin qarşısını almaq olardı.
Oxşar hadisələr hər il baş verir. Məsələn, 2021-ci ildə mal-qara daşıyıcısı “Kərim Allah” gəmidəki min baş iribuynuzlu heyvanda şübhəli xəstəlik səbəbiylə yükü boşaltmağa icazə almadığı üçün iki aydan çox sahilə yan ala bilmədi…
Avropa heyvanların müdafiəsi təşkilatları diri heyvanların dəniz yolu ilə başqa ölkələrə ixracını dayandırmağa çağırır və xəbərdarlıq edirlər ki, fövqəladə hallar üçün planların olmaması və mövcud qanunvericiliyin yerinə yetirilməməsi gələcəkdə belə problemlərə yol açmağa davam edəcək.
Diri heyvanların ixracı Avropa Parlamentinin gündəliyindədir. 2020-ci ildə Avropa Komissiyası daşımalar zamanı Heyvanların Müdafiəsi üzrə Təhqiqat Komitəsi yaratdı. Bu ilin iyul ayında Aİ-yə üçüncü ölkələrə ixracı qadağan edən sənəd təqdim edildi.
“Splash” qeyd edir ki, Toqo bayraqlı “Nader A” gəmisi Paris Memorandumu çərçivəsində qara siyahıya salınıb. 2017-ci ildə gəminin Paris Anlaşma Memorandumunu imzalayan dövlətlərin bütün limanlarına girişi qadağan edilib. 2018 və 2019-cu illərdə gəmiyə 5 dəfə texniki baxış keçirilib və 22 qüsur aşkar edilib.
Xatırladaq ki, 2023-cü il aprelin 30-dan Yeni Zelandiya dəniz yolu ilə heyvanların ixracına qadağa qoyur. Seanews