AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın turizm imkanları almandilli ölkələrdə təbliğ edilir

  • + A
  • - A
  • 13-10-2022, 13:25

    Azərbaycanın turizm imkanları almandilli ölkələrdə təbliğ edilir

    Avropa ölkələrində Azərbaycanın turizm potensialının tanıdılması və əməkdaşlıq imkanlarının artırılması məqsədilə 10-13 oktyabrda Azərbaycan Turizm Bürosu tərəfindən İsveçrənin Sürix, Avstriyanın Vyana, həmçinin Almaniyanın Münhen və Frankfurt şəhərlərində təqdimatlar təşkil edilib.

    Təqdimatlarda Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid tərəfindən Azərbaycanın turizm destinasiyası kimi potensialı və mövcud turizm xidmətləri haqqında məlumat verilib.

    “Greenwich”, ”Avantage”, “Azerbaijan Guide Travel”, “ENC Tours” və “Victory Tours” turizm şirkətlərinin iştirakı ilə Almaniya, İsveçrə və Avstriyada turizm sahəsində fəaliyyət göstərən 150-dək turizm tərəfdaşı ilə keçirilən görüşlərdə Azərbaycanın tarixi mədəni irsi, işgüzar turizm imkanları, şərabçılıq turizmi kimi istiqamətlər üzrə təqdimatlar edilib.

    Bununla yanaşı, Sürix, Vyana və Münhen şəhərlərində 30-dək aparıcı media qurumlarının təmsilçiləri ilə əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində görüşlər təşkil olunub.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR