Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağı¬rov oktyabrın 21-də saat 11:00-da Astara şəhərində yerləşən Heydər Əliyev Mərkəzin¬də (ünvan: Astara şəhəri, İstiqlaliyyət küçəsi 23 b) Astara, Lerik və Lənkə¬ran rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul zamanı Astara, Lerik və Lənkəran rayonları sakinlərinin gömrük məsə-lələri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin "Müraciətlər" və "Virtual qəbul" bölmələrindən daxil olmaqla (
https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.