AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Apple ABŞ-da artan lisenziya xərclərini əsas gətirərək qjymətləri artırdı

  • + A
  • - A
  • 25-10-2022, 09:42

    Apple ABŞ-da artan lisenziya xərclərini əsas gətirərək qjymətləri artırdı

    Apple, ABŞ-da artan lisenziya xərclərini əsas gətirərək ilk dəfə olaraq "Apple Music və TV+" xidmətlərinin qiymətlərini artırıb.

    Azadmedia.az Bloomberg HT-nə istinadən xəbər verir ki, şirkət həmçinin “Apple One” paketlərini artırdıqlarını bildirib.
    Şirkət Apple Music-in aylıq qiymətini 9,99 dollardan 10,99 dollara qaldıraraq onu Spotify Technology və Amazon xidmətlərindən bahalaşdırıb.
    “Apple TV+”nın qiymətini 4,99 dollardan 6,99 dollara yüksəldən şirkət rəqibləri Netflix və Warner Bros-dan daha aşağı qiymətə xidmətlər təklif etməyə davam edəcək.

    Şirkət həmçinin “Apple One” paketini 2 dollar artıraraq 16,95 dollara çatdırdığını açıqlayıb.

    Son illərdə Apple, şirkətin satışlarının demək olar ki, dörddə birini təşkil edən xidmətlərdən daha çox gəlir əldə etməyi hədəflədiyini açıqlayıb.
    Tərcümə etdi: Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR