Brüsseldə Avropa Parlamenti (AP) Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyi və Avropa İttifaqı (Aİ) Türkiyə Dostluq Qrupunun Brüsseldə təşkil etdiyi Qida Böhranı Konfransında avropalı ekspertlər mümkün həll yollarını müzakirə edərək, struktur problemlərinin təcili həll olunmasının vacibliyi mesajını veriblər.
Azadmedia.az Türk mətbuatına istinadən xəbər verir ki, konfransın “Qida böhranı həlləri” adlı panelində açılış nitqi ilə çıxış edən AB Türkiyə Dostluq Qrupu qurucusu və AP Polşa Millət vəkili Riçard Çarneski qida təhlükəsizliyini təmin etmək üçün qərar qəbul edənlərin bir araya gəlməsi və həll yolları tapmasının lazım olduğunu vurğulayıb.
Təcili ərzağa ehtiyacı olan insanların sayının 22 milyona yüksəldiyinə diqqət çəkən Çarneski, xüsusilə Afrika üçün uzun müddətli qidaya çatmaq üçün birgə səylər göstərilməsi çağırışı edərək bildirib ki, bu məsələdə Avropa İttifaqı və beynəlxalq maliyyə qurumları böyük rol oynaya bilər.
Şri Lanka Nümayəndəsi və keçmiş AP müavini Nirj Deva da adekvat kənd təsərrüfatı istehsalı üçün gübrələmənin təxirə salınmadan aparılmalı olduğunu ifadə edərək, əks halda yalnız zənginlərin qidaya çıxışı olacağını bildirib
Deva, gübrə sektorunun bu ölkə iqtisadiyyatında çox kiçik yer tutduğu üçün gübrə ixracına təsir edən Qərbin sanksiyalarının Rusiyaya təsirli olmayacağına diqqət çəkib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.