Azərbaycanın Avropaya enerji tədarükündə oynaya biləcəyi istənilən rol bizim avropalı müttəfiqlərimiz tərəfindən alqışlanacaq.
AzadMedia.az apa-ya istinadən xəbər verir ki, bunu ABŞ Enerji Departamenti katibinin köməkçisi Bred Krebtri keçirdiyi onlayn brifinqdə bildirib.
“Bizim avropalı müttəfiqlərimiz Rusiya neft və qazından uzaqlaşmaq, enerji mənbələrini şaxələndirmək, etibar edəcəkləri ölkələrdən enerji tədarük etmək üçün bir çox ölkələrə baxırlar. Ona görə də düşünürəm ki, Azərbaycanın Avropaya enerji tədarükündə oynaya biləcəyi istənilən imkan bizim avropalı müttəfiqlərimiz tərəfindən alqışlanacaq. Əlbəttə, ABŞ ümumilikdə Avropa ölkələrinin enerji tədarükünü Rusiyadan kənara genişləndirilməsi və şaxələndirilməsi səylərini dəstəkləyir”, - Krebtri qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.