III Maliyyə və İnvestisiya Forumunun reklam xarakterli yazılarını reklam kampaniyaları başlayandan təmənnasız saytda dərc etmişəm. Təşkilatçı Nigar xanım bildirmişdi ki, loqonuz brendvolda olacaq, forum günü zəhmətinizin qiymətini görəcəksiniz. Amma nə baş verdi? Forum keçirildi və biz dəvət edilmədik. Bir də baxdım facebook-da bəhbəhlə tirajlanır. Bu vaxta qədər o qədər dost-tanışın pulsuz pr-larını aparmışam, halal xoşları, bu da onlardan biri ola bilərdi. Sadəcə unudulmaq xoş olmadı. Zatən mən dünən Baş Prokurorluğun dəvəti ilə Qubada regional konfransda idim, qatıla bilməyəcəkdim. Mənə təsir edən diqqətsizlikdi. Maddi gözləntim yox idi. Reklam lövhəsində, blaknotlarda və iştirakçılara paylanan çantalarda informasiya dəstəkçisi kimi loqomuzu vurublar, bu mənə kifayət idi.
“Gələcək üçün yenilən” şüarı ilə keçirilən tədbir 16 noyabr 2022-ci il tarixində “Baku Marriott Hotel Boulevard”da baş tutub.
“Facemark” MMC və “Admedia” reklam agentliyinin təşkilatçılığı ilə 500 nəfərədək şirkət nümayəndələrinin iştirakı ilə baş tutan forum guya ölkəmizdə maliyyə və investisiya sahəsinin inkişafına dəstəyi və sahə üzrə yerli kadrların daha da təkmilləşdirilməsini hədəfləyir.
Azadmedia.az olaraq bu unutqanlığı gənc Nigar xanımın ilk keçirdiyi tədbirin həyəcanı kimi qəbul etdim.
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.