Respublika əhəmiyyətli H.Z.Tağıyev-Sumqayıt avtomobil yolunda aparılan yenidənqurma işləri çərçivəsində nişanlanma xətlərinin çəkilişi, yol nişanlarının və yol təhlükəsizlik sədlərinin quraşdırılması işləri aparılır. Sadalanan işlər noyabr ayının 26-na qədər davam etdiriləcək.
Bu müddət ərzində sözügedən avtomobil yolunda işlərin aparıldığı hərəkət zolaqları üzrə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırıla bilər. Bu üzdən sürücülərdən qeyd edilən tarixədək ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.