AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İspaniyada Azərbaycanın turizm imkanları təbliğ olunur

  • + A
  • - A
  • 30-11-2022, 21:26

    İspaniyada Azərbaycanın turizm imkanları təbliğ olunur

    Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmizin turizm potensialının və turizm məhsullarının nümayiş etidirilməsi məqsədi ilə Azərbaycan nümayəndə heyəti İspaniyada keçirilən “IBTM World” sərgisində iştirak edir.

    Sərgidə Azərbaycan nümayəndə heyətini hotel, turagentliklər, “Azərbaycan Hava Yolları” QSC, Bakı Konqres Mərkəzi və “Şahdağ” Turizm Mərkəzi daxil olmaqla ümumilikdə 11 tərəfdaş təmsil edir.

    Dekabrın 1-dək davam edəcək sərgi çərçivəsində B2B (Biznesdən-biznesə) formatında görüşlər keçirilir, Azərbaycanın işgüzar turizm potensialı haqqında təqdimatlar nümayiş etdirilir.

    “IBTM World” işgüzar tədbirlər sənayesinin ən mühüm sərgilərindən biri hesab edilir. Tədbirdə iştirak etməkdə məqsəd Azərbaycanın işgüzar turizm imkanlarını tanıtmaq, təbliğ etmək və işgüzar məqsədlərlə Azərbaycana səfər edəcək sənaye iştirakçılarının sayını artırmaqdır.

    Qeyd edək ki, 1987-ci ildən bəri hər il keçirilən “IBTM World” ən əhəmiyyətli beynəlxalq sərgilərdən biri sayılır və işgüzar tədbirlər sənayesində fəaliyyət göstərən 15 mindən çox mütəxəssisi bir araya gətirir.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR