AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qubada baş tutan “Açıq mikrofon” aksiyasında ümumilikdə 15 müraciət ünvanlandı

  • + A
  • - A
  • 6-12-2022, 17:05

    Qubada baş tutan “Açıq mikrofon” aksiyasında ümumilikdə 15 müraciət ünvanlandı

    SOCAR “Azəriqaz” İstehsalat Birliyinin bölgələrdə keçirdiyi “Səyyar qəbul otağı” həftənin ilk iş günündə Quba rayonunda qurulub. Sakinlər qaz təchizatında üzləşdikləri problemləri mikrofon önündə səsləndiriblər. Aksiya iştirakçılarından Səfər Bayramov Zərqava kəndinin qazlaşdırılmasını istəyib. Əkrəm İdrisov qaz xəttinin yerinin dəyişdirilməsini, Pirvəli Məmmədov isə qapı keçinin quraşdırılmasını xahiş edib. “Açıq mikrofon”da ünvanlanan 6 müraciət eyniməqsədli olub ki , bu da Quba rayonundakı yeni yaşayış massivinin qazlaşdırılmasını əhatə edib. Aksiya zamanı səsləndirilən bütün müraciətlər Xaçmaz RQİİ-nin səlahiyyətli nümayəndələri tərəfindən dinlənilərək qeydiyyatı aparılıb.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR