Onlayn İctimai Nəzarət Platforması layihəsinin rüblük yekunlarına dair dəyirmi masa keçirilib. "Vergiler.az" xəbər verie ki, dövlət qurumlarının və QHT-lərin nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada 2022-ci ilin sentyabr-noyabr ayları ərzində Platformaya daxil olan müraciətlər, onların icra vəziyyəti və digər məsələlər müzakirə edilib.
Onlayn İctimai Nəzarət Platforması foto/video sübutu olan boru sızması, məişət tullantılarının daşınmaması, yol səthinin zədələnməsi, ağacların aşması, açıq lyuklar və digər problemləri aidiyyəti dövlət orqanlarına yönləndirir və onların həllinə nail olur. Rübün nəticələrinə görə müraciətlərdə qeyd olunan problemlərin təxminən 1500-dən çoxu öz həllini tapıb.
MG Consulting Hamlet Babayev bildirib ki, bu günədək platformaya 4700-dən yuxarı müraciət daxil olub. Onlardan 1500-dən çoxu platformanın bilavasitə məşğul olduğu problemlər kateqoriyasına aid olub:
"Bizim platformamız vətəndaşların sakinlərimizin sosial problemlərinin həllində dövlət qurumları ilə vətəndaşlar arasında bir körpü rolunu oynamaqdır. Artıq bizim uğurlarımız da var. bəzi dövlət qurumları E- nəzarət platformasının saytına daxil olaraq bu problemlərlə bilavasitə özləri tanış olurlar və artıq problem onlara ünvanlanana qədər bu problemin həlli istiqamətində addımlar atırlar. Bu da əlbəttə ki, platformanın qazandığı uğurlardan biridir. Bir çox dövlət qurumları bizimlə əməkdaşlığa artıq maraq göstərirlər".
Rübün nəticələrinə görə 14 dövlət qurumu vətəndaşların müraciətlərinə baxılması və bu müraciətlərdə qeyd olunan problemlərin həllində fəal olub. Onlara müvafiq təltiflər təqdim olunub. Bu qurumlara Bakı şəhəri İcra Hakimiyyəti, “Azərsu” ASC, Azərbaycan Respublikası DİN Nəqliyyat İntellektual İdarəetmə Mərkəzi. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, Yasamal Rayon İcra Hakimiyyəti, Nizami rayon İcra Hakimiyyəti, Sabunçu rayon İcra Hakimiyyəti, Abşeron rayon İcra Hakimiyyət, Xətai rayon İcra Hakimiyyəti, Xəzər rayon Icra Hakimmiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti və Biləsuvar Rayon İcra Hakimiyyəti aiddir. Digər 7 dövlət qurumuna Onlayn İctimai Nəzarət Platforması ilə əməkdaşlıq edərək vətəndaşların müraciətlərində qeyd. olunan problemlərin həllində göstərdikləri köməkliyə görə təşəkkürnamələr təqdim edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.