AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Avropa İttifaqı 13 min sahibkarlıq subyektinə dəstək verib, hədəf 25 mindir”

  • + A
  • - A
  • 15-12-2022, 15:15

    “Avropa İttifaqı 13 min sahibkarlıq subyektinə dəstək verib, hədəf 25 mindir”

    “Bu günədək Azərbaycanda, xüsusən bölgələrdə 13 min kiçik və orta sahibkarlıq subyektinə dəstək vermişik. Nəticədə məşğulluğa az da olsa tövhəmiz olub. İki min iş yeri açılıb və həmin sahibkarlıq subyektlərinin fəaliyyəti nəticəsində 63 milyon avro gəlir əldə olunub”.
    Bu barədə məlumatı bu gün Avropa İttifaqının(Aİ) Azərbaycandakı səfiri Peter Mixalko ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.
    Səfirin sözlərinə görə, Azərbaycanda əsas prioritet məsələlərdən biri olan əhalinin məşğulluqla təminatı növbəti illərdə də nəzərdə saxlanılacaq və kiçik və orta sahibkarlıq subyektlərinin sayının 25 minə çatdırılması planlaşdırılır.
    “Biz əsasən kənd və rayon yerlərində əhalinin sosial rifahının yaxşılaşdırılmasına və onların öz təsərrüfatının, məhsullarının satışı və istehsalına lazım olan dəstək proqramları reallaşdırırıq. Çünki buna daha çox ehtiyac var. Qeyri-neft sektorunu əsas tutaraq, ekoloji mühütün qorunması, yaşıl və rəqamsal iqtisadiyyatın inkişaf etdirilməsi də əsas prioritetlərdəndir. Biz Azərbaycan höküməti ilə qarşılıqlı, sıx əməkdaşlıq çərçivəsində işləyirik. Elə ötən həftə hökümət nümayəndələri ilə görüş nəticəsində işçi qrup yaratmışıq. Biz hansı sahələrə dəstəyin verilməsi ilə bağlı Azərbaycan hökümətindən hər zaman verilən təkliflərə açığıq”, deyə səfir əlavə edib.

    Təhsil sahəsində dəstək proqramlarından danışan diplomat əlavə edib ki, Aİ ölkələrində Erasmus+ proqramı, tələbə mübadiləsi, eləcə də elm adamlarının qarşılıqlı təhsili olaraq davam edir.
    “Hazırda 25 universitet bu proqramda iştirak edir, Azərbaycanın qabaqcıl beş universitetinin müvafiq layihələri uğurla həyata keçirilir. Pandemiya sonrası Avropaya üz tutan xeyli tələbə, elm adamları olduğundan viza məsələsində problemlər var. Ümid edirik ki, bu da yaxın vaxtlarda həllini tapacaq.”
    Diplomat hazırda həyata keçirilən layihələrdən bir neçəsi barədə də məlumat verib.
    “Bu layihələrdən biri Gəncədə küçələrin işıqlandırılmasını təmin edən, digəri isə Bakı Limanının beynəlxalq standartlara cavab verən, dayanıqlı inkişafı üçün həyata keçirilən layihələrdir. Başqa bir layihə də,bölgələrdə yüksək sürətli internetin təminatına verilən dəstəklə bağlıdır”, Aİ səfiri əlavə edib.
    Raminə Eyvazqızı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR