AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kürdəmirdə mini nar zavodu istifadəyə verilib

  • + A
  • - A
  • 17-12-2022, 14:53

    Kürdəmirdə mini nar zavodu istifadəyə verilib

    Avropa İttifaqının maliyyələşdirdiyi “Narçılıq dəyər zəncirində üstün keyfiyyətin əldə edilməsi və dəyişikliklərə dəstək” (STEP) layihəsi çərçivəsində Azərbaycanın Aran bölgəsinin 4 rayonunda 83 hektar nar bağı salınıb.
    Bu barədə məlumatı Kürdəmirdə media nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Avropa İttifaqının(Aİ) Azərbaycan nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Boykov deyib.

    Məlumat verlib ki, layihə ilə bağlı Ucar, Göyçay, Kürdəmir, Hacıqabul, Saatlı, Sabirabad və İmişli rayonlarında 100-dən çox icmadan 2120 kiçik nar istehsalçısı intensiv kənd təsərrüfatı təlimləri və sahə məsləhət xidmətləri nəticəsində məhsuldarlığın artırılmasına nail olunub. 1400 fermerə 10 müxtəlif mövzular üzrə təlimlər keçirilib.
    İşçilər bazarlara və xidmətlərə daha yaxşı çıxış imkanından faydalanıblar: 388 hektar sahədə təsərrüfatlarda zərərvericilərə qarşı bioloji mübarizə üsullarından uğurla istifadə olunub və bununla da kimyəvi üsullardan istifadənin həcmi azalıb.

    Həmçinin, Göyçay və Kürdəmir rayonlarında 65 yerli turist ailəsinə aqroturizm xidməti göstərə bilən 5 kiçik sahibkara aqroturizmdən alternativ gəlir əldə etmək imkanı yaradılıb. Eləcə də, yerli və əcnəbi turistlər üçün yaradılmış 5 aqroturizm məkanı istifadəyə verilib. Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTIS) vasitəsilə torpaqlarını qeydiyyata almaq və kənd təsərrüfatı subsidiyasını təmin edən fermer kartını almaq üçün 312 nəfər narçı fermer Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) ilə əlaqələndirilib".

    Cənab Boykov qarşıdakı illərdə “"İqlim dəyişmələrində müqavimət gücünün artırılması" ilə bağlı layihənin daha bir neçə bölgədə həyata keçiriləcəyinin planlaşdırıldığını qeyd edib.
    “STEP” layihəsi çərçivəsində dəstək görən və layihənin benefisiarlarından biri olan Saaatlı rayonu Mustafabəyli kəndində 4 hektarlıq nar bağının sahibi Vüqar Xəlilov qeyd edib ki, 2020-ci illə müqayisədə 2021-2022-ci illərdə nəzərəçarpan dərəcədə, hər hektara 6 tondan 9-11 tonadadək məhsuldarlıq artıb.


    Daha sonra Cənab Boykov, Azərbaycan Nar İstehsalçları və İxracatçıları Assosiasiyasının rəhbəri Fərhad Qaraşov və Kürdəmir İcra Hakimimiyyətinin başçısı Elxan İbrahımovun birgə iştirakı ilə Kürdəmirin Muğanlı kəndində yaradılmış mini nar şirəsi istehsalı zavodunun açılışı olub.

    Gündəlik istehsal gücü minimum 500 ədəd pasterizə edilmiş 1 litrlik nar şirəsi butulkası istehsal edən emal müəssisəsi barədə jurnalistlərə geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən emal müəssisəsinin qanuni fəaliyyət göstərməsi üçün rəsmi icazə verilib və müvafiq institut tərəfindən ISO sertifikatı alınıb.

    Raminə Eyvazqızı







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR