Azadmedia.az Bakı Metropoliteninin İctimaiyyətlə əlaqələr şəbəsinin rəhbəri Bəxtiyar Məmmədovun bu gün istifadəyə verilən "Xocəsən" stansiyasına və ya əksinə hərəkətlə bağlı məlumatlarını təqdim edir: "Xocəsən" stansiyasına və ya əksinə
- hər 16 dəqiqədən bir qatar hərəkət edir.
"Avtovağzal-8 Noyabr" istiqamətində və ya əksinə
- interval 8 dəqiqədir.
Beləliklə,
- xətt üzrə hər növbəti və ya dalbadal gələn iki qatardan biri "Xocəsən" stansiyasına gedir.
Marşrut göstəricisində "8 Noyabr" stansiyasından başlayaraq,
- "Xocəsən" sözü yazılarsa, qatarla eyniadlı stansiyaya qədər getmək olur.
- "Avtovağzal" sözü yazılarsa, eyniadlı stansiyada qatardan düşüb növbəti marşrutla gələn qatara minmək lazımdır.
Xocəsəndən şəhərə və ya əksinə getmək üçün ("Avtovağzal", hər iki "Memar Əcəmi" və "8 Noyabr" stansiyalarına yaxın ərazilər istisna olmaqla)
- "Memar Əcəmi" stansiyalarının birindən digərinə keçmək lazımdır.
Yolunuzu bu qeydlərə uyğun planlayın.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.