AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlin sonuncu “Açıq qapı” aksiyasında görülən işlər və gələcək planlar barədə açıqlamalar verildi

  • + A
  • - A
  • 30-12-2022, 20:40

    İlin sonuncu “Açıq qapı” aksiyasında görülən işlər və gələcək planlar barədə açıqlamalar verildi

    “2022-ci il ərzində Qəza Çağrı Xidmətinə 1 milyon 640 mindən çox müraciət daxil olub. Müxtəlif mövzuları əhatə edən müraciətlərin sayında ötən illə müqayisədə azalma qeydə alınıb”. Bunu SOCAR “Azəriqaz” İB-nin Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək “Açıq qapı” aksiyasında bildirib.
    Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov il ərzində qazlaşdırılan yeni yaşayış məntəqələrinin sayı barədə məlumat verərkən qeyd edib ki, nəzərdə tutulan 114 məntəqənin 90 %-ində işlər artıq yekunlaşıb. Qalan digər ərazilərin isə gələn ilin əvvəllinədək qazlaşdırılması başa çatacaq.
    İlin sonuncu “Açıq qapı” aksiyasında çıxış edən Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov cari ildə 300 mindən çox qaz sayğacının dövri yoxlamadan keçirildiyini bildirib. Yeni ildən limitlərin yenilənməsi məsələsinə də toxunan qurum rəsmisi sonradan ödənişli (mexaniki tipli) sayğaclarda prosesin 365 gün nəzərə alınaraq həyata keçirildiyini qeyd edib. Bu baxımdan da həmin sayğaclardan istifadə edən abonentlərin heç bir narahatlığına səbəb yoxdur.
    “2022-ci il ərzində xırda istehsalat qəzalarını nəzərə almasaq, SOCAR “Azəriqaz” İB-də ölümlə nəticələnən hər hansı bir neqativ hal yaşanmayıb”. Bu sözləri isə Birliyin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov bildirib. Şöbə rəisi həmçinin qeyd edib ki, il ərzində Birliyin balansında olan 10-dan çox binada təmir-tikinti və bərpa işləri görülüb.
    İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev isə Birliyin il ərzində sosial şəbəkələrdə fəaliyyətindən, həmçinin həyata keçirdiyi sosial layihələrdən ətraflı şəkildə məlumat verib. Birlik rəsmisi qurumun ilin son “Açıq qapı” aksiyasının sayca 62-ci olduğunu vurğulayıb.
    Aksiya daha sonra jurnalistləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

    Ətraflı video materialda:


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR