AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

SOCAR “Azəriqaz” İB elektron xidmətlər portalı vasitəsilə abonentlərə 8 addım daha yaxın olacaq

  • + A
  • - A
  • 6-01-2023, 20:54

    SOCAR “Azəriqaz” İB elektron xidmətlər portalı vasitəsilə abonentlərə 8 addım daha yaxın olacaq

    SOCAR “Azəriqaz” İB-nin media nümayəndələrinin iştirakı ilə həyata keçirdiyi “Açıq qapı” aksiyası baş tutub. İlin ilk aksiyasında Birliyin həyata keçirdiyi yenilikdən - elektron xidmətlər portalı haqqında məlumat verilib. Qurumun Müştəri xidməti şöbəsinin rəisi Fərid Mustafazadə yeni yaradılan portal vasitəsilə abonentlərin evdən çıxmadan azeriqaz.az saytında 8 xidmətdən yararlanaraq qaz təchizatında üzləşdikləri bəzi məsələlərin həllinə nail olacaqlarını bildirib. Şöbə rəisi elektron xidmətlər vasitəsilə ərizələrin qəbulu, sənədlərin yüklənməsi və son mərhələ sayılan müqavilələrin imzalanması kimi proseslərin həyata keçirilə biləcəyini də qeyd edib. Elektron xidmətlər haqqında daha ətraflı məlumatı isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi İdrak Həsənzadə media nümayəndələri və tədbir iştirakçılarına təqdim edib.
    Yeniliyin təqdimatından sonra Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Eldəniz Vəliyev hər ilin əvvəlində aktuallığa çevrilən limitlərin yenilənməsi məsələsinə toxunub. Şöbə rəisi üçmərhələli limitlərin tətbiqindən bir ildən artıq vaxtın keçməsinə baxmayaraq hələ də bəzi abonentlərin bundan xəbərsiz olduğunu və hesablama zamanı səhvlərə yol verdiyini vurğulayıb.
    Aksiya daha sonra jurnalistləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR