AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

DİM Daxili audit xidmətinin böyük daxili auditor vəzifəsinə vakansiya elan edir

  • + A
  • - A
  • 13-01-2023, 17:28

    DİM Daxili audit xidmətinin böyük daxili auditor vəzifəsinə vakansiya elan edir

    Struktur bölmənin adı: Dövlət İmtahan Mərkəzi, Daxili audit xidməti
    Vəzifənin adı: böyük daxili auditor
    Təhsilə və iş təcrübəsinə dair tələb: ali iqtisadi və ya hüquqi təhsil və ya digər ixtisas üzrə ali təhsil və audit sahəsində beş illik iş stajı.
    Qulluq funksiyaları:
    - Qanunvericiliyin tələblərinə uyğun olaraq daxili audit fəaliyyətini həyata keçirmək;
    - Təşkilat səviyyəsində daxili nəzarət sisteminin mövcud, adekvat və effektiv olduğunun qiymətləndirilməsində iştirak etmək;
    - Audit olmuş sahə üzrə tam və aydın hesabat hazırlamaq;
    - Audit yoxlamasının məqsədlərini və əhatə dairəsini təyin etmək;
    - Riskyönümlü audit proqramlarını tərtib və ya təsdiq etmək;
    - Təyin edilmiş sahədə həyata keçirilmiş audit testlərini nəzərdən keçirmək və məruzə olunacaq məsələləri təyin etmək;
    - Həvalə edilmiş audit tapşırıqlarını əvvəldən sonadək müvəffəqiyyətlə idarə etmək;
    - Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələri həyata keçirmək;
    - Vəzifə borcu və hüquqlarının yerinə yetirilməsinə köməkliyin göstərilməsi tələbi ilə rəhbərliyə müraciət etmək;
    - İxtisaslaşmasını artırmaq məqsədi ilə treninq və kurslarda iştirak etmək, habelə zəruri olduqda mütaliə üçün şəraitin yaradılmasına nail olmaq.
    Xarici dil biliklərinə dair tələblər: Azərbaycan dilini sərbəst bilməli, rus və ingilis dilləri arzuolunandır.
    Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternet.
    Namizədə dair xüsusi tələblər:
    - Bilik və bacarıqlarını daim artırmağa hazır olmalı;
    - Yüksək ünsiyyət bacarıqları, təşəbbüskar, aktiv, komandada işləmək bacarığı;
    - Analitik və kritik düşünmə;
    - Qərəzsizlik və müstəqillik;
    - Stresə davamlılıq;
    - Vətəndaş qüsursuzluğu.
    Qeyd: Maliyyə, daxili audit və risk sahəsi üzrə beynəlxalq sertifikatı (Daxili Auditorlar İnstitunda üzvlük və daxili audit sahəsində professional sertifikasiya – CIA; Beynəlxalq Maliyyə Hesabatlılığı Standartlarının əsasları barədə ilkin biliklər və müvafiq sertifikatların olması - ACCA F1, F2, F3 və/və ya ACCA DipIFR; İT audit sahəsində çalışan auditorlara professional sertifikasiya - CİSA) olan namizədlərə üstünlük veriləcək.
    Vakansiya üzrə müraciət etmək istəyən şəxslər müraciət formasını mövzu bölməsində “Hüquqi təminat sektorunda aparıcı məsləhətçi” qeyd olunmaqla a.quliyeva@dim.gov.az elektron poçt ünvanına 27 yanvar 2023-cü il tarixinədək göndərə bilərlər.
    Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR