Xızı, Siyəzən və Şabran rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək. Agentlikdən Azadnedia.az-a verilən məlumata görə
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yanvar ayının 18-də Xızı rayonunda vətəndaşları qəbul edəcək.
Qəbul saat 11:00-da Xızı rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbulda Xızı, Siyəzən və Şabran rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyənlərin Xızı rayonu “1 №-li Yol İstismarı”, Siyəzən rayonu “2 №-li Yol İstismarı”, Şabran rayonu “3 №-li Yol İstismarı” MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur.
Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.
Qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.