AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azadlıq prospektinin bir hissəsində aparılan təmir işləri yekunlaşıb VİDEO/FOTO

  • + A
  • - A
  • 23-01-2023, 14:17

    Azadlıq prospektinin bir hissəsində aparılan təmir işləri yekunlaşıb VİDEO/FOTO

    Rahat gediş-gəlişin təmin olunması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu ərazisində Azadlıq prospektinin Füzuli küçəsindən Dilarə Əliyeva küçəsinədək və Füzuli küçəsinin Azadlıq prospektindən Rəşid Behbudov küçəsindək olan hissələrində təmir işləri icra olunur.

    Belə ki, sözügedən ərazilərdə qum əsası üzərində düzülmüş kiçik ölçülü qranit daşlarının çox hissəsinin deformasiyaya uğradığı və bu səbəbdən yaranmış qüsurların nəqliyyat və piyadaların hərəkətinə ciddi maneə yaratdığı müəyyən edilmişdir.

    Nəqliyyat və piyadaların çox hərəkət etdiyi sözügedən prospekt və küçənin kiçik bir hissəsinin təmiri və saxlanılmasında yaranmış çətinlikləri nəzərə alaraq, həmin kiçik ölçülü daş örtüyünün sökülərək, yerində yeni asfalt-beton örtüyün salınması işlərinə başlanılıb.

    Təmir işləri çərçivəsində Azadlıq prospektinin Füzuli küçəsindən Dilarə Əliyeva küçəsinədək olan 133 metrlik hissəsində müvafiq işlər yekunlaşdırılıb. Hazırda Füzuli küçəsinin Azadlıq prospektindən Rəşid Behbudov küçəsindək olan 232 metrlik hissəsində bu istiqamətdə təmir işləri icra olunur.



    “İnşaat Norma və Qaydaları”na əsasən və tərtib olunmuş qrafikə uyğun olaraq aparılan təmir işlərinin yaxın günlər ərzində yekunlaşdırılması nəzərdə tutulur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR