AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çin Avropaya dizelin əsas tədarükçüsü ola bilər - PROQNOZ

  • + A
  • - A
  • 28-01-2023, 23:32

    Çin Avropaya dizelin əsas tədarükçüsü ola bilər - PROQNOZ

    “Total”ın rəhbəri 2023-cü ildə Avropa qaz bazarında vəziyyətin pisləşəcəyini proqnozlaşdırıb.
    Azadmedia.az xarici mediaya istinadən xəbər verir ki, Fransanın “Total” neft-qaz şirkətinin rəhbəri Patrik Puyan etiraf edib ki, 2023-cü ildə Avropa təbii qaz bazarında vəziyyət daha da gərginləşəcək. O qeyd edib ki, Avropa üçün əsas problem dizel yanacağının tədarükü ola bilər.

    “Avropa 2022-ci ilə nisbətən daha az Rusiya qazı alacaq və yenidən böyük miqdarda LNG idxal etməli olacaq. Vəziyyət yenidən daha da gərginləşəcək ".

    Fransa şirkətinin rəhbəri Avropada dizel yanacağının qıtlığını da istisna etməyib. Bununla bağlı o, əmin edib ki, rəhbərlik etdiyi şirkət bu yanacağın Avropa ölkələrinə tədarükünü artıracaq. Vortexa-nın məlumatına görə, 2022-ci ildə Aİ Rusiyadan təxminən 220 milyon barel dizel yanacağı idxal edib. Eyni zamanda, fevralın 5-dən Rusiyadan Avropaya bütün dizel yanacağının idxalına qadağa qoyulacaq. Bu şərtlər daxilində Çin Avropaya dizelin əsas tədarükçüsü ola bilər.

    2023-cü ilin yanvarında Avropa ölkələrində qazın qiymətləri isti qış, doldurulmuş qaz anbarları və külək stansiyalarından enerji istehsalının artması səbəbindən ucuzlaşmağa başlayıb. Yanvarın 17-də Avropada qazın qiyməti 2021-ci ilin avqustundan bəri ilk dəfə olaraq min kubmetr üçün 600 dollara düşüb. m Eyni zamanda, 2023-cü ilin üçüncü rübündə Avropa İttifaqı qaza görə təxminən 101 milyard avro ödəyib ki, bu da son onillikdə rekord göstəricidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR