AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident İlham Əliyev: Azərbaycan bir əsr ərzində Avropanı enerji ilə təmin edə bilər

  • + A
  • - A
  • 31-01-2023, 01:47

    Prezident İlham Əliyev: Azərbaycan bir əsr ərzində Avropanı enerji ilə təmin edə bilər

    Azərbaycan yüz il ərzində Avropanın etibarlı enerji təchizatçısı ola bilər. Azadmedia.az RİA Novosti-yə istinadla xəbər verir ki, bunu bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyev Macarıstana səfəri zamanı Macarıstanın baş naziri Viktor Orbanla görüşü zamanı bildirib.
    Orban, öz növbəsində, Azərbaycanın 2027-ci ilə qədər Avropaya tədarük etdiyi təbii qazın həcmini iki dəfə artırmağa söz verdiyini, həmçinin Gürcüstan, Macarıstan və Rumıniya ilə Qara dənizin dibi ilə Avropaya yaşıl elektrik enerjisinin tədarükünə dair saziş imzaladığını bildirib:
    "Azərbaycandan gələn həm təbii qaz, həm də elektrik enerjisi Macarıstandan keçir, ona görə də Macarıstan da bu yeni vəziyyətdən faydalanır. Biz xoşbəxtik ki, Macarıstan Avropanın enerji təchizatı baxımından problem deyil, həllin bir hissəsinə çevrilir".

    Agentlik həmçinin bildirir ki, Prezident İlham Əliyev Orbanı və Budapeştə səfəri zamanı da görüşdüyü prezident Katalin Novakı Azərbaycana rəsmi səfərə dəvət edib.

    Səfər zamanı 7 saziş imzalanıb ki, bunlardan da ən mühümü genişləndirilmiş strateji tərəfdaşlıq haqqında bəyannamə olub.
    Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Sijarto bir müddət əvvəl bildirmişdi ki, Macarıstan, Rumıniya, Bolqarıstan və Slovakiya Azərbaycan qazının Avropaya tədarükü üçün infrastrukturun inkişafına vəsait ayırmaq üçün Avropa İttifaqına müraciət ediblər, çünki bu, bütün regionun maraqlarına cavab verir. Onun sözlərinə görə, Aİ-nin tədarükün şaxələndirilməsi ilə bağlı söhbətlərdən onun həyata keçirilməsi üçün real addımlar atmağa hazır olub-olmadığı aydınlaşacaq. Sentyabrda Sijjarto türk dövlətlərinin energetika nazirlərinin görüşündə Azərbaycandan Avropaya gələn qazın həcminin yaxın illərdə iki dəfə artacağını bəyan edərək, bunu Avropanın enerji təchizatının diversifikasiyası üçün ən real imkan adlandırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR