Mikroçip istehsalçıları, koronavirus pandemiyası zamanı satışların artmasından sonra tələbin azalması səbəbindən həddindən artıq ehtiyatla davranırlar.
Azadmedia.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
“Çip istehsalı ilə məşğul olan şirkətlərin satışları təxminən 30-50% azalır. Bu, normal vəziyyət deyil”, - texnoloji araşdırmalar şöbəsinin rəhbəri Qreq Roh bildirib.
Qeyd edilir ki, vəziyyət tədarükçülərin də mövqeyini pozur və texnologiya ixracından asılı olan Asiya ölkələrinin iqtisadiyyatına ziyan vurur. Buna görə bazarda qalan şirkətlər ittifaqlar yaradır və birləşməyi düşünür.
Xatırladaq ki, ötən ilin dekabrında Reuters xəbər vermişdi ki, Qərb çipləri, o cümlədən Amerikanın Intel və AMD şirkətlərinin çipləri sanksiyalardan yayınaraq Rusiyaya gəlməkdə davam edir. Təchizatların qeyri-rəsmi kanallar vasitəsilə - Türkiyə, Honq-Konq və Estoniya şirkətlərindən olduğu dəqiqləşdirilib.
Bundan əvvəl məlum olub ki, Çinin aparıcı mikroçip istehsalçılarının səhmləri Honq-Konq birjasında ticarət zamanı 4-20% ucuzlaşıb və ABŞ sanksiyaları fonunda yerli şirkətlərin kapitallaşmasının ümumi itkisi 8,6 milyard dollar təşkil edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.