Qazsızma ilə bağlı baş verən qəzalarda belə sual meydana çıxır- Dəymiş ziyanı Azəriqaz İstehsalat Birliyi ödəyirmi? Mövzu ilə bağlı
Azadmedia.az-ın sualına Azəriqaz İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Eldəniz Vəliyev bildirdi ki, qazsızma ilə bağlı partlayışlarda, dəmqazından boğulmalarda əsasən günah qurumda yox, çox vaxt abonentdə olur. Bura bacaların vaxtında təmizlənməmısi, qaz sobasının pəncərəsiz otağa qoyulması, hamam otağlnın qapılarında dəliklərin açılmaması və evlərdə mətbəxin yeri dəyişilərkən qaydalara mütəxəssislər tərəfindən əməl edilməməsi səbəb olur. Hər bir baş vermiş qəzaya hüquqi qiymət verilir. Əgər qəzaya səbəb Azəriqaz İB-dirsə, dəymiş ziyan tam ödənir. Digər hallarda sadəcə Qurum tərəfindən maddi dəstək edilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.