2023-cü ildə Azərbaycandan Türkiyəyə qaz tədarükü 10 milyard kubmetr təşkil edəcək. Azadmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.
"Bu il Türkiyəyə qaz ixracını 10 milyard kubmetr səviyyəsində proqnozlaşdırırıq", - Şahbazov cümə günü "Twitter" səhifəsində yazıb.
Xatırladaq ki, bundan əvvəl bildirilmişdi ki, Azərbaycan 2022-ci ildə Türkiyəyə 8,4 milyard kubmetr qaz tədarük edib. Beləliklə, bu il Türkiyəyə tədarüklər 19% artacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.