AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

SOCAR "Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyaları davam edir

  • + A
  • - A
  • 4-02-2023, 14:11

    SOCAR "Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyaları davam edir

    Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyaları davam edir. Azadmedia.az xəbər verir ki, növbəti həftə (06-08.02.2023 və 10.02.2023 tarixləri) daha 1 şəhər və 3 rayonda "Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyaları keçiriləcək. Aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Zərdab rayonunda (Heydər Əliyev Parkı), 2-ci günü saat 11:00-dan 12:00-dək Tərtər rayonunda (Mədəniyyət Mərkəzinin qarşısı), 3-cü günü saat 13:00-dan 14:00-dək Yevlax şəhərində (Heydər Əliyev Mərkəzinin qarşısı), 5-ci günü saat 11:00-dan 12:00-dək Ağcabədi rayonunda (Qarabağ Muğam Evinin qarşısı) baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR