Fransa, Finlandiya, ABŞ və Kanada da daxil olmaqla, dünyada minlərlə kompüter serveri ransomware proqramından istifadə edərək sındırılıb. Azadmedia.az xəbər verir ki, bu barədə İtaliya Milli Kiber Təhlükəsizliyi Agentliyi (ACN) məlumat verərək kompüter sistemlərini qorumaq üçün tədbirlər görməyi tövsiyə edib.
Bu gün səhər saatlarında, fevralın 5-də Telecom Italia müştəriləri internetlə bağlı problemlərdən şikayətlənsələr də, bu iki problem bir-biri ilə əlaqəli sayılmayıb.
Haker hücumu proqram təminatının zəifliyindən istifadə etmək məqsədi daşıyırdı, ACN-in baş direktoru Roberto Baldoni Reuters agentliyinə bildirib ki, hücum geniş miqyaslı olub. İtaliyanın ANSA agentliyi ACN-yə istinadən xəbər verir ki, digər ölkələrdə də serverlər sındırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.