AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

2023-cü ildə Rusiyada neft hasilatının azaldılması riskləri qalır

  • + A
  • - A
  • 10-02-2023, 11:01

    2023-cü ildə Rusiyada neft hasilatının azaldılması riskləri qalır

    Azadmedia.az TASS-a istinadla xəbər verir ki, Rusiya baş nazirinin müavini Aleksandr Novak 2023-cü ildə Rusiyada neft hasilatının azalması risklərinin qaldığını bildirib.

    Qurum rəsmisi qeyd edib ki, hökumət tezliklə bu riskləri qiymətləndirəcək.

    “Bəli, risklər var. Ancaq yaxın gələcəkdə onları qiymətləndirəcəyik", - deyə o, müvafiq suala cavab verdi.

    Mənbənin qeydinə görə fevralın 1-də Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol etiraf edib ki, 2023-cü ildə Rusiya neft hasilatını sutkada 1 milyon barel azaldacaq. Onun proqnozuna görə, bu, Qərbin ölkənin energetika sektoruna qarşı sanksiyalarının güclənməsi hesabına baş verəcək. Birol qeyd edib ki, Rusiyada bu göstəricinin azalması qlobal enerji bazarında volatilliyə səbəb ola bilər.
    Fevralın ilk həftəsinin nəticələrinə görə, Rusiyada neft hasilatı bu ilin ilk ayı ilə müqayisədə orta göstərici ilə müqayisədə 0,7% artıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR