AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya və İran neft və qazın mübadilə tədarükü məsələsi üzərində işləməkdə davam edir

  • + A
  • - A
  • 11-02-2023, 03:01

    Rusiya və İran neft və qazın mübadilə tədarükü məsələsi üzərində işləməkdə davam edir

    Rusiya baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə bildirib ki, Rusiya və İran neft və qazın mübadilə tədarükü məsələsi üzərində işləməkdə davam edir.

    Azadmedia.az rus mediasına istinadla xəbər verir ki, Novak daha əvvəl jurnalistlərə demişdi ki Rusiya və İran neft və qazın mübadiləsi ilə bağlı razılığa gələ bilərlər. Onun sözlərinə görə, birinci mərhələdə 5 milyon ton neft və 10 milyard kubmetrə qədər qaz tədarükündən danışmaq olar.

    Baş nazirin müavini qeyd edib ki, tərəflər texniki detallar üzərində işləyirlər. İran tərəfi artıq Rusiyaya öz ərazisindən - Türkmənistandan Azərbaycana İran ərazisi ilə gedən kimi svop qaz tədarükünü həyata keçirməyi təklif edib.

    May ayında Novak bildirmişdi ki, Rusiya və İran İranın şimalına enerji resursları və müxtəlif logistika marşrutları: Xəzər dənizi və digər ölkələr vasitəsilə, dəmir yolu və neft kəməri ilə tədarük imkanlarını müzakirə edirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR