ABŞ Nəqliyyat Departamenti insanlar üçün təhlükəli patogenlərlə çirklənə biləcək avadanlıqların düzgün qablaşdırılmaması və daşınması ilə bağlı İlon Maskın beyin çipləri istehsal edən Neuralink şirkəti ilə bağlı araşdırmaya başlayıb. Azadmedia az xəbər verir ki, bu barədə CNBC telekanalının saytında departament nümayəndəsinə istinadən məlumat verilib.
Nəşr qeyd edir ki, bu həftə heyvanların rifahı qrupu Məsul Tibb üzrə Həkimlər Komitəsi (PCRM) ABŞ-ın Nəqliyyat Katibi Pit Buttigieg-ə məktub göndərərək təşkilatın nümayəndələrinin 2019-cu ildə Neuralink-in primatların beyinlərindən çıxarılan cihazları səhv idarə edə biləcəyini göstərən sənədlər aldığını bildirib. Onlarda herpes B virusu və Staphylococcus aureus və Klebsiella da daxil olmaqla antibiotiklərə davamlı patogenlər ola bilər.
Agentliyin sözçüsü bildirib ki, araşdırma "standart təcrübədir" və agentlik bunu qaydalara əməl olunmasını, işçilərin və əhalinin ictimai təhlükəsizliyini təmin etmək üçün aparır.
Qeyd edək ki, daha əvvəl məlum olmuşdu ki, Neuralink heyvanlar üzərində sınaqların tələsik aparıb. Bunun da lazımsız iztirab və ölümlə nəticələndiyi barədə daxili işçilərin şikayətləri fonunda heyvan hüquqları pozuntularına görə federal araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.