AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Apple” loqosunun təsvirindən, habelə “Apple” və “İphone” əmtəə nişanlarından qanunsuz istifadə edənlər cəzalanacaq

  • + A
  • - A
  • 13-02-2023, 10:43

    "Apple” loqosunun təsvirindən, habelə “Apple” və “İphone” əmtəə nişanlarından qanunsuz istifadə edənlər cəzalanacaq

    Bəzi sahibkarlıq subyektləri tərəfindən
    reklamlarda “Apple” loqosunun təsvirindən, habelə “Apple” və “İphone” əmtəə nişanlarından qanunsuz istifadə edilməklə haqsız rəqabətə yol verilməsi əlamətləri aşkar olunub.
    Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Azadmedia.az-a verilən məlumata görə, “Apple” loqosunun təsviri, habelə “Apple” və “İphone” sözləri beynəlxalq əmtəə nişanı kimi “Apple Inc.” şirkətinin adından müvafiq qaydada qeydiyyata alınıb və Azərbaycan Respublikasının ərazisində qüvvədədir. Həmin əmtəə nişanları Azərbaycan Respublikasında qanunvericiliklə qorunur. Reklamlarda bu əmtəə nişanlarından yalnız əmtəə nişanının sahibinin razılığı ilə istifadə edilə bilər.
    Dövlət Xidməti sahibkarlara reklamlarda “Apple” loqosunun təsvirindən, habelə “Apple” və “İphone” əmtəə nişanlarından qanunsuz istifadənin dayandırılmasını tövsiyə edir.
    Xatırladaq ki, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, digər bazar subyektinin əmtəə nişanından qanunsuz istifadə edilməsi haqsız rəqabət hesab olunur və buna görə qanunvericilikdə ciddi məsuliyyət tədbirləri nəzərdə tutulub.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR