AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın enerji potensialı surətlə inkişaf edir

  • + A
  • - A
  • 14-02-2023, 14:08

    Azərbaycanın enerji potensialı surətlə inkişaf edir

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin fevral ayının 13-də Bakıda “Gülüstan” sarayında 1280 MVt gücündə müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimindəki çıxışında xüsusi olaraq vurğulamışdır ki, belə bir nəhəng layihənin həyata keçirilməsi ölkəmizin enerji potensialını əsaslı dərəcədə möhkəmləndirəcək və Mingəçevirin elektroenergetika mərkəzi kimi əhəmiyyətini daha da artıracaq.
    İlk növbədə xatırlatmaq lazımdır ki, Mingəçevir şəhərinin Qafqazın enerji mərkəzinə çevrilməsində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri var. Məhz onun rəhbərliyi ilə və birbaşa təşəbbüsü əsasında 1976-cı ildə Mingəçevirdə möhtəşəm elektrik stansiyasının təməli qoyulmuşdur və müəssisənin birinci blokunun 1981-ci ildə açılışında Ümummilli Lider şəxsən iştirak etmişdir. Ümumi generasiya gücü 2400 meqavat olan stansiya Azərbaycanın enerji potensialını artıraraq imkan verdi ki, müstəqilliyimizin ən çətin illərində ölkəmiz etibarlı formada elektrik enerjisi ilə təchiz etsin.
    Bir neçə il ərzində Mingəçevir Elektrik Stansiyasının 8 bloku tamamilə yenidən qurularaq istifadəyə verilmişdir və 2020-ci ildə stansiya öz əvvəlki gücü ilə yenidən işləməyə başlamışdır, artıq isə ümumiyyətlə Mingəçevir şəhəri öz həyatının tamamilə yeni dönəminə qədəm qoyur. Həyata keçiriləcək layihə həm Azərbaycanın, həm də Avropanın enerji təhlükəsizliyinə verilən əsaslı töhfə olacaq.
    Stansiyanın inşasında Azərbaycanın strateji tərəfdaşı olan İtaliya şirkətinin iştirakı iki ölkə arasında mövcud münasibətlərin ən yüksək pilləyə çatmasından xəbər verir.
    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR