AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan qazı 2026-cı ildən Trans-Adriatik qaz kəməri ilə əlavə həcmdə tədarük ediləcək

  • + A
  • - A
  • 24-02-2023, 11:23

    Azərbaycan qazı 2026-cı ildən Trans-Adriatik qaz kəməri ilə əlavə həcmdə tədarük ediləcək

    Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2026-cı ildən Azərbaycan qazının əlavə həcmlərinin tədarükü üçün yeni müqavilələr imzalanıb. Bu barədə Azadmedia.az TAP AG konsorsiumuna istinadən yazır.

    "Yanvarın 22-də məcburi təkliflərin təqdim edilməsi başa çatdıqdan sonra TAP konsorsiumu genişləndirmənin birinci mərhələsinə başlayıb və uzunmüddətli müqavilələr çərçivəsində 2026-cı ildən başlayaraq ildə 1,2 milyard kubmetr əlavə güc ayırmaq qərarına gəlib. Artıq müvafiq yeni müqavilələr bağlanıb. Kipoidəki (Yunanıstan) mövcud kompressor stansiyasına gücü təxminən 15 MVt olan bir kompressor qurğusunun əlavə edilməsi və oradakı avadanlığın modernləşdirilməsi nəzərdə tutulur”, - deyə konsorsiumdan bildirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR