SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir. Növbəti həftə ( 27-28.02.2023 və 02-03.03.2023 tarixləri) daha 1 şəhər və 3 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək. Aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək #Göygöl rayonunda (Heydər Əliyev Parkı), 2-ci günü saat 14:00-15:00-a dək #Naftalan şəhərində (Nəriman Nərimanov Parkı), 4-cü günü saat 11:00-dan 12:00-dək #Goranboy rayonunda (Gənclər Parkı), 5-ci günü saat 11:00-dan 12:00-dək isə Samux rayonunda (Yeni Azərbaycan Partiyasının inzibati binasının qarşısı) baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.