AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda internet sürəti 50 faiz artıb

  • + A
  • - A
  • 3-03-2023, 21:57

    Azərbaycanda internet sürəti 50 faiz artıb

    Azərbaycanda internet infrastrukturunun təkmilləşdirilməsinə qoyulan investisiyalar sayəsində sabit genişzolaqlı internetin orta sürəti ötən illə müqayisədə 50 faiz artıb.

    Azadmedia.az xəbər verir ki, ölçmələr dünyaca məşhur Ookla Speedtest Global İndex metodologiyası əsasında aparılıb.

    Artım nəticəsində bu ilin yanvar ayında MR üzrə orta internet sürəti 26,3 Mbit/s təşkil edib. Ötən ilin eyni dövründə isə sürət 17,5 Mbit/s olub.

    Qeyd edək ki, 2024-cü ilin sonuna qədər ölkənin bütün yaşayış məntəqələrində yüksəksürətli internetə çıxışın təmin edilməsi istiqamətində işlər aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR