"Bravo" Əhmədlidə hipermarketdəki atışma ilə bağlı məlumat yayıb. Azadmedia.az məlumatı təqdim edir:
Dərin təəssüf hissi ilə bildiririk ki, 04.03.23 tarixində Xətai rayonu, Əhmədli metrostansiyası yaxınlığında yerləşən BRAVO hipermarketin girişində, müxtəlif banklara məxsus bankomatların və ödəniş terminallarının yerləşdiyi hissədə inkassasiya heyətinə silahlı hücum olub. Hadisə nəticəsində bir nəfər vəfat edib, iki nəfər yaralanıb. Baş vermiş insidentlə bağlı Baş Prokurorluq tərəfindən hadisə yerində araşdırma aparılır.
Əhmədli metro stansiyası yaxınlığında yerləşən BRAVO hipermarket müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Hipermarketin iş qrafiki barəsində əlavə məlumat veriləcək.
BRAVO hipermarket hadisədən mənəvi sarsıntı keçirən insanların qayğısına qalır və insidentin araşdırılması ilə bağlı hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edir. Qeyd edək ki, hadisə nəticəsində Bravo müştəri və əməkdaşlarından xəsarət alan olmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.