Ötən həftənin sonu Bakı-Qəbələ sərnişin qatarının qapılarını sərnişinlərim üzünə açması vətəndaşları sevindirsə də, biletlərə qiyulan qiymətlər birmənalı qarşılanmadı. 14, 31 və 93 manat qiymıtlər müqabilində sürət qatarı adlansa da 4 saata yaxın bir müddərdə mənzil başına çatacaq qatarın qiyməti müzakirələrə səbəb oldu. Nəzərə alaq ki, Qəbələ stansiyası rayon mərkəzindən çox aralıdır, sərnişinlər stansiyadan rayon mərkəzinə getmək üçün də bəlli pul xərcləməli olacaqlar.
Dəmiryol nəqliyyatı və təyin edilən qiymətlərlə bağlı Nəqliyyat Məsələləri üzrə ekspert Aslan Əsədovun fikirlərini öyrəndik. Ekspert Azadmedia.az-ın əməkdaşı ilə söhbət zamanı turizm bölgələrimizə dəmiryol xətlərinin çəkilməsini, yolboyu stansiyaların açılmasını müsbət addım kimi qiymıtləndirdi. Onun fikrincə, sürət qatarlarının fəaliyyəti yerli əhali üçün, onların rifahı üçün, xüsusən də turizm bölgəsi mərkəzi olaraq Qəbələnin daha da inkişaf etməsinə səbəb olacaq. Sovet dövründə Azərbaycan ərazisində geniş dəmiryol şəbəkəsinin qurulması zamanı Bakı-Pirəşikül qəsəbəsi ətrafından Sumqayıta çəkilən xətt birbaşa Şamaxı, İsmayıllı və Qəbələ, Qax rayonu olmaqla Şəki şəhərinə birləşməli idi. Amma bu, çox bahalı layihə idi, mühəndislər qurğuların smetası barəsində məlumat verdikdə Sovet hakimiyyətini o vaxtı qane etmədi, bu layihəyə pul ayrılmadı.
A.Əsədov düşünür ki, hər bir rayona dəmiryol xətti açılmalıdır. Bu həm də statnsiya ətrafında yaşayan insanlar üçün iş yeri, qazanc yeri deməkdir.
Qiymətlərə gəlincə, ekspertin fikrincə kifayət qədər yüksək məbləğdir. Aslan Əsədovun fikrincə, gələcəkdə əlaqədar təşkilatlar gedişhaqlarına xüsusən 1-ci sinif və biznesə aid olan 93 və 31 manata bir də baxacaqlar. Amma düşünəndə ki, qiymətlər əsasən istirahət mərkəzlərinə gedən sərnişinlər üçün nəzərdə tutulub, demək olar ki, qiymətlər başadüşüləndir. Yerli və qonşu rayonlardan qatarla səyahət edən sərnişinlər üçün bu nəqliyyat əlverişli olacaq, xüsusən qış aylarında havanın qarlı və çovğunlu olan zamanlarda mənə elə gəlir ki, biletlər əvvəlcədən bron ediləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.