Rusiya qazından imtina qərarı Almaniya üçün böyük stress idi və onu əvəz etmək çox çətin idi. Azadmedia.az RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Almaniya kanslerinin iqtisadi məsələlər üzrə köməkçisi Yoerq Kukis deyib.
Ötən gün CNN-ə müsahibəsində kansler Olaf Şolz özü demişdi ki, Almaniya iqtisadiyyatı Rusiya qazından imtinadan, böhrana düşmədən və enerji çatışmazlığı yaşamadan “asanlıqla” sağ çıxıb.
Bu arada Almaniya İqtisadi Tədqiqatlar İnstitutunun (DIW) prezidenti Marsel Fratzscher fevral ayında Rusiyanın Ukraynadakı hərbi əməliyyatı və bununla əlaqədar Avropada elektrik enerjisi xərclərinin artması nəticəsində Almaniyanın keçən il 100 milyard avro itirdiyinə diqqət çəkib.
O qeyd edib ki, Almaniya böhrandan xüsusilə təsirlənib, çünki o, Rusiya enerjisindən daha çox asılıdır, həmçinin enerji tutumlu sənayenin yüksək payına malikdir və ixracdan və qlobal təchizat zəncirlərindən hədsiz dərəcədə asılıdır.
Qərb ölkələri Moskvaya qarşı sanksiyaların tətbiqi və Rusiya yanacağından imtina siyasəti səbəbindən enerji qiymətlərinin artması və inflyasiyanın artması ilə üzləşib. Yanacağın, ilk növbədə qazın qiymətinin qalxması fonunda Avropada sənaye rəqabət üstünlüklərini xeyli dərəcədə itirib ki, bu da iqtisadiyyatın digər sektorlarına da təsir edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.