Həssas qrup üzvlərinin qayğılarını hər zaman diqqətdə saxlayan SOCAR “Azəriqaz” İB daha bir şəhid ailəsinin istəyini yerinə yetirib. Daha dəqiq 1-ci Qarabağ müharibəsi şəhidi Rafiq Mustafayevin həyat yoldaşı Ənayət Mustafayeva qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı Birliyə müraciət ünvanlayıb. Qısa zaman ərzində Birlik tərəfindən şəhid ailəsinin Tovuz rayonu, Ağdam kəndində yerləşən fərdi yaşayış evinin önündən keçən qaz xəttinin yeri dəyişdirilib.
Azadmedia.az ətraflı video materialda təqdim edir: