AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Təmir işləri ilə əlaqədar yol ötürücüsü üzərində hərəkət məhdudlaşdırılacaq

  • + A
  • - A
  • 17-03-2023, 00:21

    Təmir işləri ilə əlaqədar yol ötürücüsü üzərində hərəkət məhdudlaşdırılacaq

    Təmir işləri ilə əlaqədar yol ötürücüsü üzərində hərəkət məhdudlaşdırılacaq
    MƏLUMAT

    Bakı şəhəri, Nəsimi rayonu Alı Mustafayev küçəsində (3-cü mkrn dairəsi) yerləşən yol ötürücüsündə aparılacaq təmir işləri ilə əlaqədar olaraq Ziya Bünyadov prospektindən 20 Yanvar dairəsi istiqamətində ( yalnız yolötürücüsü üzərində ) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

    Sözügedən yolötürücüsü üzərində hərəkət intensivliyi nəzərə alınaraq məhdudlaşma qeyri iş günlərində, mart ayının 24-ü səhər saat 6:00-dan 25-i gecə saat 24:00-dək tətbiq ediləcək.

    Qeyd olunan müddət ərzində sürücülər Ziya Bünyadov prospektindən 20 Yanvar dairəsi istiqamətində yan yoldan istifadə edərək hərəkətlərinə davam edə bilərlər.

    Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR