Azərbaycanın qonşu dövlətlərlə quru sərhədlərinin açılması məsələsi Operativ Qərargahın səlahiyyətindədir. Azadmedia.az xəbər verir ki, bu barədə cümə günü Azərbaycan və Rusiya Federasiyası arasında sərhəddə yerləşən Xanoba gömrük-keçid məntəqəsinin yenidənqurmadan sonra açılış mərasimi çərçivəsində jurnalistlərə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev bildirib.
“Konkret tarixlər deyə bilmərəm, amma onu deyim ki, epidemioloji vəziyyətdən asılı olaraq Operativ Qərargah müvafiq qərarlar qəbul edəcək”, - Mustafayev Azərbaycanın quru sərhədlərinin açılması imkanlarını şərh edərkən deyib.
Qeyd edək ki, martın 17-də Xanoba gömrük postunun yenidənqurmadan sonra istifadəyə verilməsinin rəsmi mərasimi olub. Gözlənilir ki, Xanoba gömrük postunun istifadəyə verilməsi gündə minə qədər əlavə yük maşınının keçməsinə imkan yaradacaq. Post Azərbaycanın Rusiya Federasiyası ilə sərhədində yerləşir. Onun yenidən qurulması qərarı Samur gömrük postunun keçid qabiliyyətini azaltmaq məqsədilə qəbul edilib
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.