AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Soçidən Türkiyənin Trabzonuna gedən bərə 9 illik fasilədən sonra fəaliyyətini bərpa edəcək

  • + A
  • - A
  • 2-04-2023, 00:47

    Soçidən Türkiyənin Trabzonuna gedən bərə 9 illik fasilədən sonra fəaliyyətini bərpa edəcək

    Trabzon vilayətinin Ticarət və Sənaye Palatasının rəhbəri Erkut Çələbi bildirib ki, mayın 1-dən etibarən 9 illik fasilədən sonra Soçi-Trabzon marşrutu ilə Qara dəniz üzərindən bərələrin hərəkəti bərpa olunacaq. Azadmedia.az xəbər verir ki, bu barədə “Gazeta.ru” yazır.

    “Bizim bu məsələ ilə bağlı apardığımız iş müsbət nəticə verdi və razılıq əldə etdik. Biz aprelin 6-da müqavilələr imzalayacağıq. Soçi ilə Trabzon arasında 300 nəfərlik bərə buraxacağıq”, - deyə Çelebi bildirib.

    Onun sözlərinə görə, bərədə 200 avtomobil, 6 avtobus və 12 konteyner yerləşəcək.

    Soçi ilə Trabzon arasında bərələr 1992-2014-cü illərdə fəaliyyət göstərib. Bərə həftədə bir dəfə işləyirdi. Səyahət vaxtı təxminən 12 saat idi. Həmçinin iki şəhər arasında “Kometa” tipli sürətli gəmi beş saata yaxın yol gedirdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR