AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyədə illik inflyasiyanın mart ayında 50,51%-ə qədər yavaşladığı açıqlanıb

  • + A
  • - A
  • 3-04-2023, 12:14

    Türkiyədə illik inflyasiyanın mart ayında 50,51%-ə qədər yavaşladığı açıqlanıb

    Türkiyədə 2023-cü ilin mart ayında istehlak qiymətlərinin artım tempi fevral ayındaki 55,2%-dən illik ifadədə 50,51%-ə enib. Azadmedia.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Statistika İnstitutunun TÜİK-in mətbuat xidməti öz saytında dərc edib.

    "Mart ayında inflyasiya illik müqayisədə 50,51 faiz təşkil edib", - təşkilat bildirib.

    Eyni zamanda, Müstəqil İnflyasiya Təhlili Qrupunun (ENAG) mütəxəssisləri hesablayıblar ki, mart ayında respublikada qiymət artımı 112,51% təşkil edib. Türkiyə Mərkəzi Bankı 2023-cü ilin sonuna inflyasiyanın 22,3% olacağını proqnozlaşdırıb.

    Martın birinci yarısında Bloomberg yazıb ki, zəlzələlərin mənfi infrastruktur nəticələrinin aradan qaldırılması üçün dövlət xərclərinin artırılması, yerli Mərkəzi Bankın pul siyasətinin yumşaldılması ilə yanaşı, Türkiyədə inflyasiyanın artmasına səbəb ola bilər.
    Türkiyədə 15-30% qiymət artımı bu ölkəyə turlara tələbatı azaltmayacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR